27.06.2025, 12:41
AZ EN
21.07.2023, 14:54 397

Mənim atam qəhrəmandır

XƏBƏRLƏR
  • “Mənim atam qəhəmandır” layihəsi çərçivəsində şəhid ailələrinin asudə vaxtlarını mənalı keçirmələri üçün bir günlük istirahət təşkil edilib. Həmin gün xüsusilə balacaların gəzib, əylənməsi üçün bütün lazımi şərait yaradılıb. Proqram ilk olaraq H.Cavid parkından start götürüb.

Qeyd edək ki, layihə çərçivəsində 300-ə yaxın şəhid ailəsi şəhər gəzintisinə çıxarılıb. Tur əsnasında Baş Dövlət Yol polisləri balacaları hərbi salamla qarşılayıb. Sonra növbəti dayanacaq dəniz sahili olub. Gəzinti iştirakçıları burada nahar fasiləsinə ayrılıblar.

Qeyd edək ki, “Mənim atam qəhəmandır” adlı layihə iki ildir davam edir. Bu illər ərzində 2 mindən çox şəhid ailəsi layihənin həyata keçirdiyi proqramlarda iştirak edib.

Balaca Melissa Xəlilova ATV-yə bildirib ki, o, ilk dəfədir  üstüaçıq avtobusda gəzintiyə çıxıb. Deyir ki, hamı bizə aşağıdan salam verirdi...

Mina RƏŞİD

Oxşar xəbərlər