27.06.2025, 22:11
AZ EN
26.06.2023, 12:27 350

Ruhun şad olsun, Şəhidim

XƏBƏRLƏR
  • Hüseyn Fərman oğlu İsmayılov 1991-ci il iyunun 26-da Şəki rayonunun Qayabaşı kəndində anadan olub. İlk təhsilini doğulduğu kənddə alıb.

2008-ci ildə hərbi xidmətə yollanan Hüseyn Aprel döyüşlərində də iştirak edib. O, 21 yaşında MAHHXHQ əsgər olub.
Azərbaycan Ordusunun əsgəri Hüseyn İsmayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində mərdliklə savaşıb. Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbrayılda yaralanıb xəstəxanaya yerləşdirilsə də, noyabrın 4-də yenidən döyüş meydanına qayıdıb. Bir gün sonra  noyabrın 5-də Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla doğma Şəkidə, Qayabaşı kəndində torpağa tapşırılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Hüseyn İsmayılov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonuncu dəfə həyat yoldaşı ilə danışan Hüseyn bildirib ki, mən elə bir yerə döyüşə gedirəm ki, bəlkə qayıtmadım. Amma bunu anama deməyin...  

Hüseyn İsmayılov ailəli idi, iki övladı Vətənə yadigar qalıb.

Bu gün qəhrəman şəhidimizin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər