26.09.2025, 16:30
AZ EN
20.06.2023, 10:38 444

Ağdam RİH-in başçısı Vaqif Həsənov Oğuz rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb

XƏBƏRLƏR
  • Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun növbəti səyyar qəbulu dünən Oğuz rayonunda məskunlaşmış keçmiş məcburi köçkünlərlə keçirilib.

Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib.

Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər