Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu işlə bağlı mütəxəssislərin yaxından köməyi lazımdır:
"Ümid edirəm ki, itkin düşmüş şəxslərin ailələrini sevindirəcəyik. İnanıram ki, Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələdə də bizə köməkliyini göstərəcək”. (APA)