Haqqında söhbət açdığımız qazi Şuşa şəhərində anadan olmuş Yasin Məhəddin oğlu İbrahimovdir. Yasin 16 iyul 1990-cı ildə Şuşa şəhərində dünyaya göz açmışdır. Rayonun işğalı ilə əlaqədar olaraq Xocavənd rayonu, 1 saylı tam orta məktəbdə təhsil almışdır. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Ordudan tərxis edilən Y.İbrahimov müxtəlif işlərdə işləmiş, ailəsinə maddi dayaq olmuşdur. Vətən müharibəsi başlayanda könüllü olaraq bir əsgər kimi Füzuli və Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 6 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Yasin Məhəddin oğlu İbrahimov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.
İsa Musayev