17.12.2025, 15:57
AZ EN
17.12.2025, 13:33 73

AQSİA: Azad olunmuş ərazilərdə qadın sahibkarlar üçün geniş biznes fəaliyyəti imkanları yaradılır

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə qadın sahibkarlar üçün geniş biznes fəaliyyəti imkanları yaradılır. Əsas da bölgədə qadın təlim-tədris mərkəzləri fəaliyyət göstərir.

Bunu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş bölgələrdə 8-ə yaxın sahibkarlıq fəaliyyətinə başlamış qadın var.

“Onlardan 3-ü restoran, 2-si təlim-tədris, 1-i mehmanxana turizmi, 2-si ekoloji turizm sahələrindədir. Bununla yanaşı, həm Xankəndidə, həm də Füzulidə tekstil müəssisələrində rəhbər vəzifələrdə çalışan qadınlarımız var”, - deyə S.Babayeva vurğulayıb.

İdarə Heyətinin sədri onu da əlavə edib ki, kənd yerlərinə köçən qadınların istehsal etdikləri məhsulların rəqəmsal platformalar üzərindən satışlarını təmin etmək əsas məqsədləridir: “Məqsədimiz eko və kənd turizmini inkişaf etdirib sahibkar qadınların fəaliyyətini dünya miqyasında tanıtmaqdır. Ələxsus, orqanik kənd məhsullarının daha böyük bazarlara çıxarılmasıdır”. (AZƏRTAC)

Oxşar xəbərlər