İZİA-dan bildirilib ki, yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində transformator istehsalı müəssisəsi yaradılacaq. Müasir avadanlıqlardan istifadə ediləcək müəssisədə il ərzində 3 min ədəd transformator istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 17 milyon manata yaxındır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
Günel QULİYEVA