Bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın ötən ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu müqavilələr çərçivəsində “PAŞA Bank” tərəfindən ümumilikdə 300 milyon manat məbləğində maliyyələşmə təmin edilib.
“Bunun 200 milyon manatı qeyri-nağd öhdəliklər, 100 milyon manatı nağd maliyyələşmədir. “PAŞA Bank” Qarabağ və Zəngəzurda turizm və xidmət infrastrukturunun qurulması, regionlarda yol və nəqliyyat bağlantılarının inkişafı, su ehtiyatlarının idarə olunması, bank xidmətlərinin əlçatanlığının artırılması kimi sahələrə töhfə verir”, - deyə Cavid Quliyev vurğulayıb. (AZƏRTAC)