Artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.
Dövlət xidməti Təzəbinə kəndində 152 fərdi yaşayış evlərinin cari təmiri işlərini “Platin - M” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 8 783 933 manat ödənilib.
Sözügedən kənddə qeyd olunan təmir işlərini aparacaq “Platin - M” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov İsfəndiyar Mehman oğludur. (Trend)