27.06.2025, 07:17
AZ EN
03.06.2025, 11:50 341

BP: Cəbrayıldakı layihə virtual elektrik stansiyası kimi fəaliyyət göstərəcək

XƏBƏRLƏR
  • BP Cəbrayılda 240 meqavatlıq günəş elektrik stansiyası üçün yekun investisiya qərarı üzərində işləyir.

Bunu Bakı Enerji Forumunda çıxışı zamanı BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional Prezidenti Qəri Counz deyib.

Regional prezident bu layihənin “Azərenerji” ilə birlikdə həyata keçiriləcəyini və virtual elektrik stansiyası kimi fəaliyyət göstərəcəyini bildirib. Layihə çərçivəsində istehsal edilən elektrik enerjisinin bir hissəsi ölkənin elektrik şəbəkəsinin tənzimlənməsinə dəstək verəcək, digər hissəsi isə BP-nin Səngəçal terminalını dekarbonizasiya etmək üçün istifadə olunacaq. Bununla da terminalın emissiyalarının 50 faiz azaldılması planlaşdırılır. Eyni zamanda, bu prosesdə sərbəst qalan yanacaq qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ötürüləcək.

“Bu cür holistik yanaşma – yəni həm hasilatı, həm də enerji keçidini nəzərə alan strategiyalar – şirkətin gələcək fəaliyyətinin əsas istiqamətidir və bu modellərin regionda daha geniş tətbiqini planlaşdırırlar” - Qəri Counz əlavə edib. (APA)

Oxşar xəbərlər