27.06.2025, 07:31
AZ EN
03.06.2025, 09:43 233

Pərviz Şahbazov: “Azərbaycan etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb”

XƏBƏRLƏR
  • Azərbaycan qeyri-sabit dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Xəzər dənizini beynəlxalq enerji bazarları ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycan bu gün neftini 25, təbii qazını isə 12 ölkəyə uğurla ixrac edir: "Ötən il Azərbaycanın neft ixracının 75 %-dən çoxunun, təbii qaz tədarükünün isə 51%-nin Avropa ölkələrinə tədarük olunub. Qısa müddət ərzində boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycan, Avropa İttifaqına (Aİ) boru kəməri ilə nəql olunan qazın həcminə görə 7 % payla dördüncü təchizatçıdır”.

Nazirin fikrincə, bu bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün növ enerji resurslarına rasional və balanslaşdırılmış yanaşması, eləcə də ixrac infrastrukturunun inkişafına yönəlmiş qətiyyətli siyasəti ölkəmizin müasir enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək, qeyri-sabit bir dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb. (Report)

Oxşar xəbərlər