27.06.2025, 07:16
AZ EN
28.04.2025, 17:28 143

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi açıqlanıb

XƏBƏRLƏR
  • Bu ilin aprelin 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 384 min manat və ya 3,8% artaraq 10,4 milyon manata bərabər olub.

Məlumata əsasən, bu göstərici üzrə orta faiz dərəcəsi 16,46% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 9,7 milyon manatı milli valyutada, 698 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, cari ilin aprelin 1-nə Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 481,3 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4,2 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 65,3 milyon manat və ya 15,7% çoxdur.

Məlumata əsasən, hesabat dövründə bu region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,31%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 479,9 milyon manatı milli valyutada, 1,4 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin aprelin 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 284,8 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,8 milyard manat və ya 15,7% artaraq 27,9 milyard manata bərabər olub. (Trend)

Oxşar xəbərlər