27.06.2025, 01:38
AZ EN
21.08.2024, 14:30 339

Laçının 1 qəsəbə və 4 kəndinə elektrik xətti çəkiləcək

XƏBƏRLƏR
  • “Azərişıq” ASC Laçının daha 4 kəndin və 1 qəsəbəsində elektrik enerjisi təchizatının qurulması ilə bağlı tədbirlərə başlayıb. Söhbət Güləbird, Şəlvə, Ərikli, Kürdhacı kəndləri və Qorçu qəsəbəsindən gedir.

"Vətən səsi" xəbər verir ki, “Azərişıq” bununla bağlı keçirilən tenderin nəticələrini açıqlayıb. Tenderin yekunlarına görə, “Laçın rayonu Güləbird, Şəlvə, Ərikli, Kürdhacı kəndlərinin və Qorçu qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli elektrik veriliş xəttinin çəkilməsi işlərini “Smart Energy Services” MMC yerinə yetirəcək. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinə əsasən, görülən işlərin müqabilində “Azərişıq” qalib seçilmiş şirkətə 6 milyon 321 min 91 manat ödəyəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər