27.06.2025, 18:27
AZ EN
24.07.2023, 14:20 429

Daha bir şirkət Qarabağın dirçəldilməsinə sərmayə qoyacaq

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərin bərpasına sərmayə qoyacaq yerli şirkətlərdən daha birinin adı açıqlanıb.

“Vətən səsi” xəbər verir ki, tikinti materillarının istehsalı sahəsində böyük təcrübəyə malik “Eos Qrup” MMC-yə Ağdamda fəaliyyətə başlayacaq. Belə ki, Sənaye Parkının rezidenti statusu alan bu şirkət qazbeton blok istehsalı ilə məşğul olacaq. Şirkətin Ağdam Sənaye Parkı ərazisində xərcləyəcəyi sərmayənin həcmi 4,7 milyon manat olacaq. Başqa sözlə, rezident statusuna malik  “Eos Qrup” Ağdam Sənaye Parkında onun üçün ayrılmış ərazidə ümumi dəyəri 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradılacaq. Şirkət üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, yeni fəaliyyətə başlayacaq müəssisədə 49 iş yeri yaratmaqla işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə və Qarabağa qayıdacaq vətəndaşların daimi işlə təmin olunmasına öz töhvəsini verəcək.

Xatırladaq ki, 2013-cü ildə yaradılan və 10 manat nizamnamə kapitalı olan “Eos Qrup” MMC-nin istehsal etdiyi qazbeton blokları tikinti xərclərinizi azaldan material kimi bazarda böyük paya malikdir. İnşaat sektorunda fəaliyyət göstərdiyi 10 il ərzində çoxlu sayda yaşayış binalarının tikintisini uğurla başa çatdıran şirkət bu sektordakı təcrübəsi, innovativ və ekoloji yanaşması ilə məsaməli beton sektorunda xüsusi çəkiyə malikdir.

Qazbeton blokları mineral əsaslı, yüksək istilik izolyasiya xüsusiyyətlərinə və yüksək möhkəmliyə malik yanmaz tikinti materialıdır.Binalarda xarici və daxili divarların tikintisində divar materialı kimi istifadə olunur. Aşağı istilik keçiriciliyi əmsalı sayəsində binalarda yüksək enerji səmərəliliyi ilə tikinti həlləri təmin edir. Yüngülliyi ilə binaların zəlzələyə davamlılığını artırır. Yüksək mexaniki gücə və uzun ömürlüdür. Yanğına qarşı reaksiya sinfi A1-dir, çox yüksək yanğın müqavimətinə malikdir.

Elxan SALAHOV

Oxşar xəbərlər