28.06.2025, 01:28
AZ EN
10.02.2023, 13:46 422

Blinken Fransa XİN rəhbəri ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib

XƏBƏRLƏR
  • Fransa xarici işlər naziri Katerine Kolonna və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Braziliyada səfərdə olan Fransa xarici işlər naziri fevralın 9-da amerikalı həmkarı ilə telefon əlaqəsi saxlayıb.

Diplomatlar Laçın yolundakı vəziyyəti də müzakirə ediblər.

Telefon danışığı zamanı Ukraynaya dəstək və İranın nüvə proqramına dair fikir mübadiləsi aparılıb. (APA)

Oxşar xəbərlər