"Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq. Sülhə nail olmaq üçün Azərbaycan və Ermənistana kömək etməyə hazırıq". ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bunu jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O, qeyd edib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayıb.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin bir gün əvvəl, aprelin 5-də iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarının təşviqinə davam edirik”,-deyə N.Prays bildirib. (AZƏRTAC)