07.03.2026, 07:51
AZ EN
06.03.2026, 20:03 111

Sudan İranın Azərbaycan ərazisinə PUA hücumlarından narahatlığını bildirib

XƏBƏRLƏR
  • Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

C.Bayramov martın 5-də mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olduğunu vurğulayıb.

İrandan qeyd olunan hücuma aydınlıq gətirilməsi, izahat verilməsi, üzrxahlıq edilməsi, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsinin tələb edildiyini Sudan tərəfinin diqqətinə çatdırıb.

Sudan naziri bu hücumlardan narahatlıq ifadə edib, mülki infrastrukturun hədəf alınmasının qəbuledilməz olduğunu bildirib.

Nazirlər həmçinin iki ölkə arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər. (Report)

Oxşar xəbərlər