Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, hazırda Avropa Siyasi Birliyinin konfranslarla bağlı formatı dəyişib:
"Bu mənada, konfranslarda iştirakla bağlı dəvət dövlət başçılarına edilir. Məndə olan məlumata görə, Prezident İlham Əliyevin təqvimində belə bir səfər yoxdur. Amma, şübhəsiz, daha dəqiq informasiyanı Prezident Administrasiyası verə bilər". (Report)