17.12.2025, 02:53
AZ EN
12.12.2025, 09:24 212

Rusiya Ermənistanı seçim etməyə çağırdı

XƏBƏRLƏR
  • Almaniya səfərindən birbaşa Moskvaya gələn Ermənistan prezidenti Nikol Paşinyan Rusiyanın sərt qınağı ilə üzləşib. Belə ki, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində qərb regionu ilə isti münasibətlər qurmağa çalışması Rusiyanı qıcıqlandırıb.

"Vətən səsi" xəbər verir ki, Ermənistan rəhbəri Moskvaya çatar-çatmaz Rusiyanın təhriki ilə üzləşib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacaq. Onun sözlərinə görə, hər iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil: "Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasına gəlincə, biz bu barədə dəfələrlə danışmışıq. Hesab edirik ki, eyni zamanda iki inteqrasiya blokuna üzvlük bir araya sığmır. Nə vaxtsa Ermənistan xalqı seçim etməli olacaq".

Overçuk onu da əlavə edib ki, ümumilikdə Ermənistan və Rusiya arasında yaxşı münasibətlər var, lakin 2025-ci ildə ölkələr arasında ticarət əhəmiyyətli dərəcədə azalıb: "Bu il biz Ermənistanla iqtisadi ticarətin azalmasının şahidi olduq. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib. Bu il yəqin ki, təxminən 6 milyard dollar təşkil edəcək. Bu, çox nəzərəçarpan azalmadır".

Moskvadan İrəvana ünvanlanmış başqa bir ismarıc isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadan gəlib. O, bildirib ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvüdür və bu status bütün hüquq və öhdəlikləri ilə qüvvədə qalır. Onun sözlərinə görə, KTMT çərçivəsində Ermənistanla əməkdaşlığın yenidən tam, normal və aktiv şəkildə bərpa olunmasına heç bir maneə yoxdur: "Ermənistanın təsvir etdiyi “üzvlüyün dondurulması” kimi anlayış KTMT-nin hüquqi bazasında ümumiyyətlə mövcud deyil. Əksinə, tərəfdaşların təşkilat daxilində işə qayıtması üçün hüquqi və siyasi şərait tam mümkündür"

Elxan SALAHOV

Oxşar xəbərlər