16.12.2025, 16:39
AZ EN
10.12.2025, 13:40 139

ABŞ və Ermənistan Zəngəzur dəhlizinə görə birgə şirkət yaradır

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin tikintisini bu ölkədə yeni yaradılmış “TRIPP Company” adlı şirkət həyata keçirəcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Berlində keçirilən tədbirdə bildirib. O, qeyd edib ki, "Tramp marşrutu" layihəsinin həyata keçirəcək həmin şirkətin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq prosedurlara da başlanıb.

Paşinyan onu da əlavə edib ki, "TRIPP Company" Ermənistan-ABŞ birgə müəssisəsi kimi fəaliyyət göstərəcək. Şirkət "Tramp marşrutu" üçün lazım olan infrastrukturların qurulması, o cümlədən dəmir yollarının, avtomobil magistrallarının, neft və qaz kəmərlərinin, eləcə də optik lif kabellərinin inkişaf strategiyasını hazırlamaq, bu istiqamətdə digər tədbirləri həyata keçirmək hüququna malik olacaq.

Ermənistanın Baş naziri vurğulayıb ki,  "TRIPP Company"nin qeydiyyat proseduru başa çatdıqdan sonra Zəngəzur dəhlizinin bu ölkənin ərazisindən keçən hissəsinin layihələndirilməsinə və tikintisinə başlanacaq. Bu işlərin praktiki icrasına gələn ildən başlanacağı proqnozlaşdırılır.

Elxan SALAHOV

Oxşar xəbərlər