26.09.2025, 00:59
AZ EN
25.09.2025, 19:20 109

Macarıstan və Azərbaycan statistika xidmətləri arasında əməkdaşlığın yeni formalarını müzakirə edəcək

XƏBƏRLƏR
  • Macarıstan Azərbaycanla statistika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bunu açıqlamasında Macarıstan Mərkəzi Statistika İdarəsinin prezidenti Aron Kinçeş Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun kuluarlarında deyib.

"Belə bir forumun Bakıda keçirilməsi Macarıstan üçün təkcə Azərbaycandan deyil, həm də digər MDB ölkələrindən olan həmkarları ilə təcrübə mübadiləsi və əlaqələr qurmaq üçün əla fürsətdir. Bu gün bütün dünyada statistika orqanları arasında əməkdaşlığın genişləndirilməsinə kəskin ehtiyac var. Hesab edirəm ki, Azərbaycanda təcrübəli və peşəkar statistika komitəsi var. Bizim xidmətimiz qarşılıqlı fəaliyyətə açıqdır və fikir mübadiləsi aparmaq üçün artıq bir sıra görüşlər planlaşdırılıb. Əminəm ki, bizi məhsuldar və qarşılıqlı faydalı iş gözləyir", - A. Kinçeş qeyd edib.

Onun sözlərinə görə, forum statistika sahəsində mövcud problemlərin müzakirəsi, həmçinin yeni yanaşmaların və rəqəmsal həllərin təşviqi üçün mühüm platformaya çevrilib.

"Belə tədbirlər ölkələr arasında peşəkar əlaqələri və qarşılıqlı anlaşmanı gücləndirməyə kömək edir", - Macarıstanın Mərkəzi Statistika İdarəsinin rəhbəri əlavə edib. (Report)

Oxşar xəbərlər