ANAMA Aİ-nin Azərbaycandakı rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
XƏBƏRLƏR
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanda diplomatik missiyası başa çatan Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüş keçirib.
Bu barədə ANAMA məlumat yayıb.
Bidirilib ki, görüş zamanı mina təhlükəsi ilə mübarizə sahəsində Avropa İttifaqı ilə gələcək əməkdaşlıq perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Report)