Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransın panel sessiyasında çıxış edən M.Qusman qeyd edib ki, indiyə qədər 500-dən çox dövlət və hökumət başçıları ilə müsahibələri olub:
“Mənim 500-dən çox dövlət və hökumət başçısı ilə müsahibələrim olub. Ancaq həmin müsahiblərdən yalnız ikisinin mənəvi haqqı çatırdı ki, özü barəsində desin: "mən xalqımı xilas etmişəm". Onlardan biri Heydər Əliyev idi”. (Report)