Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Panel müzakirəsi çərçivəsində Xəzər dənizinin hüququ statusunun müəyyən edilməsi istiqamətində cari vəziyyət, Azərbaycan-Ermənistan arasında sərhəd delimitasiyası və demarkasiyası üzrə planlar, habelə ikitərəfli və çoxtərəfli beynəlxalq-hüquqi bazanın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. (Report)