Ermənistanda Rusiya telekanallarının yayımının dayandırıla bilər.
"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, bu məsələ son bir ildə geniş müzakirə olunsa da, hələ də konkret qərar qəbul edilməyib: "Çox ciddi şəkildə Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması məsələsinin müzakirəsinə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə xələl gətirir".
Simonyan Ermənistanda baş verənlərlə bağlı Rusiya telekanallarında səslənən fikirləri şərh edib. Onun sözlərinə görə, “əgər dövlət telekanalları Ermənistanın daxili işlərinə qarışmağa icazə verirlərsə, o zaman İrəvan da reaksiya verməli və ən azı onların cəmiyyətimizin mənzillərinə girişini bağlamalıyıq”.
Bundan əvvəl İrəvan Moskvaya nota göndərərək Rusiyanın bir sıra dövlət rəsmilərinin erməni əsilli rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyanın işi ilə bağlı açıqlamalarını respublikanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Rusiya KİV-lərində verilən bəyanatları, o cümlədən siyasətçilərin və qanunvericilərin bəyanatlarını təkcə Ermənistanla Rusiya arasında ənənəvi dostluğa, “o cümlədən bu dostluğu tənzimləyən hüquqi sənədlərə zidd deyil, həm də Ermənistanın daxili işlərinə birbaşa açıq müdaxilə, bizim dövlətimizə qarşı qəsd hesab edir”.
İrəvanda Karapetyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunub. Məhkəmə iki aylıq həbs-qətimkan tədbiri seçib. Ermənistanın baş naziri Nikol Paşinyan Karapetyana məxsus “Ermənistanın elektrik şəbəkələri” şirkətinin milliləşdiriləcəyini bildirib.
Elxan SALAHOV