Bunu gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə "ECO Həftəsi” çərçivəsində Ağdamda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Ağdamda ECO Gənclər Forumu ilk dəfədir keçirilir:
"Bu, tarixi hadisədir. Azərbaycanda uğurlu gənclər siyasəti aparılır. Ölkədə xeyli sayda gənclər təşkilatları var. Bundan başqa, ölkəmizdə xeyli sayda tədbirlər keçirilir. İşğaldan azad edilmiş ərazilər dirçəlir. Gənclər isə hər zaman işlərin əsas aparıcı qüvvəsi olub". (Report)