"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada keçirilən "GLOBSEC 2025" forumunda bildirib: “Hazırda Avropa Birliyi ilə çox yaxın əməkdaşlığımız var. Lakin digər tərəfdən, bizim Rusiya ilə də əməkdaşlığımız davam edəcək. Bizim Moskva ilə münasibətləri kəsmək məqsədimiz yoxdur, çünki xarici siyasətimiz balanslıdır”.
Paşinyan onun hakimiyyəti dövründə Rusiya hərbi kontingentinin ölkədən çıxarılması ilə bağlı hər hansı planının olmadığına da əlavə edib. Onun sözlərinə görə, İrəvan Moskva ilə əldə olunmuş mövcud razılaşmalara sadiq qaldığını xarici siyasətin tərkib hissəsi kimi diqqət mərkəzində saxlayır: "Bizim bu mövqeyimiz Ermənistanın təhlükəsizlik siyasətinə uyğundur və dəyişməz olaraq qalır".
Elxan SALAHOV