27.06.2025, 02:00
AZ EN
06.06.2025, 09:38 116

Allahşükür Paşazadə: İrəvan Qazılığının bərpasına Ermənistanın münasibəti bizi maraqlandırmır

XƏBƏRLƏR
  • İrəvan Qazılığının bərpasına Ermənistanın münasibəti bizi maraqlandırmır.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, İrəvan Qazılığı yaradılmayıb, bərpa edilib:

"Sonrakı dövrlərdə Azərbaycanlılar İrəvandan deportasiya edildiyi üçün İrəvan Qazılığının fəaliyyəti dayandırılmışdı. Biz ümid edirik ki, yenidən öz torpaqlarımıza qayıdacağıq. Bu gün burada Qazılıq fəaliyyətinə davam edirsə, inanırıq ki, tezliklə o torpaqlarda da fəaliyyət göstərəcək". (APA)

Oxşar xəbərlər