22.05.2025, 17:18
AZ EN
22.05.2025, 07:36 217

Fərid Şəfiyev: Ermənistan üçün sülhə gedən yol Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasından keçir

XƏBƏRLƏR
  • Azərbaycan-Türkiyə müttəfiqliyi nümunədir. Beynəlxalq ictimaiyyətin üzvləri türk dövlətləri, əsasən də Azərbaycan və Türkiyə arasında məsələlərin effektiv şəkildə icra olunmasını təqdir edir. Biz bu birliyi qorumalıyıq.

Bunu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Ankara Sosial Elmlər Universitetində “Azərbaycan-Türkiyə müttəfiqliyi və Avrasiyanın gələcəyi” mövzusundakı seminarda bildirib.

BMTM sədri Naxçıvan sazişindən indiyədək Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf mərhələlərindən bəhs edərək, bildirib ki, artıq qurum müxtəlif institutlarının səmərəli fəaliyyət göstərdiyi nüfuzlu beynəlxalq təşkilata çevrilib.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə toxunan F.Şəfiyev hazırda regionda de-fakto sülh olduğunu və bunun de-yure sülhə çevrilməsi istiqamətində fəaliyyətlərin davam etdirildiyini qeyd edib.

“Lakin bu istiqamətdə bir sıra maneələr mövcuddur. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Həmçinin, Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Biz Ermənistan konstitusiyasından bu müddəanın çıxarılmasını tələb edirik. 1998-ci il Belfast sazişi və Şimali Makedoniyanın timsalında oxşar beynəlxalq təcrübələr mövcuddur və bunlara əsasən, Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilə bilər”, - deyə o, əlavə edib.

Erməni diasporunun sülhə yaratdığı maneələrə toxunan F. Şəfiyev diqqətə çatdırıb ki, bəzən ilk baxışdan diaspor və Ermənistan hökuməti arasında fikir ayrılıqlarının olduğu görünsə də, müəyyən hallarda onların koordinasiyalı fəaliyyətini də müşahidə etmək mümkündür: “Ermənistan üçün sülhə gedən yol Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasından keçir”.(Azertac)

 

Oxşar xəbərlər