29.06.2025, 13:59
AZ EN
05.05.2025, 09:29 215

Sərkisyan: "Əsas məsələ yeni ərazilər ələ keçirmək idi"

XƏBƏRLƏR
  • "1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəsin imzalanmasının səhv olduğunu iddia edənlər yanılırlar. Çünki onlar həmin dövrdə Qarabağ ətrafında hərbi və siyasi vəziyyətə dərindən bələd deyildilər".

"Vətən səsi" xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü zamanı 1994-cü il mayın 12-də Azərbaycanla imzalanmış atəşkəs barədə danışarkən bildirib. O, tarixə "Bişkek protokolu" kimi düşmüş məşhur razılaşma sənədindən danışarkən deyib ki, tərəflər arasında atəşkəs əldə edilməsindən sonra müharibənin dayandırılmasına görə Ermənistanda hakimiyyətə qarşı etirazlar olub. Onun sözlərinə görə, atəşkəs razılaşmasından narazılıqlar əsasən separatçı rejimin liderlərləri və Qarabağda döyüşən yüksək rütbəli hərbçilər idi: "Hansı ki, həmin hərbçiləri də elə Qarabağdakı "hakimiyyət" himayə edirdi. Onlar indi də deyirlər ki, niyə döyüşləri dayandırdınız? Yaxşı, əgər dayandırmasaydıq, Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki, tanıyın?".

Serj Sərkisyan onu da əlavə edib ki, həmin dövrədək əsas məsələ hərbi əməliyyatlar yolu ilə yeni ərazilər ələ keçirmək idi. Amma 1994-cü ilin yazından sonra biz diqqəti yeni ərazilərin ələ keçirilməsinə yox, nəzarətə götürdüyümüz torpaqlarda möhkəmlənmək idi. Çünki həmin torpaqları saxlamaq və qorumaq üçün sonradan ciddi imkanlara malik olmaq lazımdır. Biz o vaxt cəbhə xəttini iki-üç dəfə genişləndirib onu müdafiə edə biləcək gücdə idikmi? Əlbəttə ki, xeyr”.

Ermənistanın sabiq prezidenti "Bişkek protokolu"na Qarabağın erməni “nümayəndəsi”in də imza atdığını xatırladıb. O, deyib ki, həmin ərəfədə Ermənistan daha güclü tərəf kimi buna nail olmuşdu: "Lakin Azərbaycan 2016-cı il "Aprel döyüşləri" zamanı və ondan sonrakı dövrdə bu reallığı sıradan çıxarmaqla vəziyyəti öz xeyirinə dəyişə bildi".

Elxan SALAHOV

Oxşar xəbərlər