Bu barədə Azərbaycanın Türkiyədəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirinin müavini Levent Gümrükçüyə nəzakət ziyarəti edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Görüşdə Azərbaycan – Türkiyə münasibətləri, əməkdaşlıq imkanları və regional gündəm məsələlərinin müzakirə olunduğu diqqətə çatdırılıb. (Report)