27.06.2025, 21:21
AZ EN
21.03.2025, 15:42 172

Aİ rəsmisi Praqada Ermənistan və Azərbaycan arasındakı sülh prosesini müzakirə edib

XƏBƏRLƏR
  • Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Çex Respublikasının xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

Maqdalena Qrono bu barədə “X”də paylaşım edib.

Aİ-nin xüsusi nümayəndəsi bildirib ki, görüşlər zamanı əsas diqqət regionda sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına yönəlib.

Maqdalena Qrono Yan Lipavski ilə Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqa dəstəyinin vacibliyini müzakirə edib. O, həmçinin Aİ-nin bu prosesə davamlı dəstəyinin əhəmiyyətini vurğulayıb və ötən həftə sülh sazişi danışıqlarının yekunlaşdırılması ilə bağlı verilən açıqlamaların önəmini qeyd edib. (APA)

Oxşar xəbərlər