"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı və rəsmi İrəvanın təsdiuq etdiyi bu məlumat son günlərin əsas mövzusu kimi geniş müzakirələrə səbəb olub. Paşinyanın sülh sazişi ilə bağlı detalları regionda marağı olan kənar dövlətlərin liderlərinə açıqlaması və onları tələsik məlumatları xüsusilə maraq doğrur.
Bəs, Ermənistan rəhbəri üç ölkənin liderə niyə zəng edib və onları sülh sazişi mətnin razılaşdırılması barədə tələsik məlumatlandırmaqda məqsədi nədi?
Siyasi təhlilçi Asif Nərimanlı mövzunu şərh edərkən bildirib ki, Paşinyan Azərbaycan-Ermənistan sülh sazişi mətninin razılaşdırılması xəbərini Putinə, Pezeşkiana, daha sonra Makrona çatdırmasında xüsusi maraq var. Onun fikrincə, sülh sazişinin qısa müddətdə imzalanması ilə mətndən kənar məsələləri arxa fona keçirməyə çalışan erməni Baş nazirin telefon trafikinin traektoriyasının hədəflərində Azərbaycana qarşı gizli məqamların olması istisna deyil: "Görünür, hansısa mühüm məqamda Paşinyan ictimaiyyəti aldadaraq yenə də vaxt qazanmağa çalışacaq. Xüsusilə sülh danışıqları fonunda Ermənistanın kütləvi şəkildə silanlandırılması, şərti dövlət sərhədinə yaxın ərazilərdə yeni istehkam-mühəndis işlərinin aparılması və mövcud istehkamların möhkəmləndirilməsi xüyli suallar doğurur".
Siyasi təhlilçi hesab edir ki, Nikol Paşinyanın Rusiya, İran və Fransa prezidentlərinə telefon trafikinin traektoriyasının hədəfləri bunlardır: “İki regional ölkənin, yəni Rusiya və İranın dəstəyini əldə etmək və Azərbaycan qarşısında balansı xeyrinə dəyişdirmək; Fransanın timsalında Avropanın dəstəyinə nail olmaq və Parisin vasitəsilə Bakıya qarşı Qərbdən “sülh sazişinin imzalanması” çağırışlarını təşkil etmək.”
“Ermənistan Azərbaycana qarşı regional-regiondankənar təzyiq traektoriyası formalaşdıra biləcəyinə ümid edir. Diplomatik addımlara paralel olaraq, sərhəddə yenidən təxribatlara əl atmaları da beynəlxalq gündəliyi “regional sabitliyin yolu sülh sazişinin qısa müddətdə imzalanmasından keçir” istiqamətində formalaşdırmaq məqsədi daşıyır. Qarşıdakı dövrdə təxribatın və “sazişin tezliklə imzalanması” çağırışlarının intensivliyinin artması istisna deyil”, - deyə, Asif Nərimanlı əlavə edib.
Xatırladaq ki, Azərbaycanla sülh danışıqlarının mətnini yekunlaşdıran Ermənistanın əslində müharibəyə hazırlaşdığını təsdiq edən xeli məlumatlar var. Bunlardan biri də Ermənistanın Naxçıvanla şərti sərhədidə istehkam-mühəndis işlərinin aparılmasıdır. Həmin ərazidə erməni postlarında mühəndis-istehkam tədbirlərinin aparıldığını təsdiq edən videogörüntülər də sosial şəbəkələrdə yayılıb. Dünən isə saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Həmin məlumatı Azərbaycan müdafiə Nazirliyi yayıb.
Elxan SALAHOV