28.06.2025, 08:57
AZ EN
06.03.2025, 07:00 231

Komitə sədri: Qarşıda Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışını təmin etmək vəzifəsi dayanır

XƏBƏRLƏR
  • Biz həyatımızın konstitusiya və suverenlik təminatı altında yeni bir dönəmindəyik.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 5-də Bakıda “Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, qarşıda işğaldan azad olan bölgələrin tam bərpası, keçmiş köçkünlərin hər birinin öz doğma yurdlarına qayıdışını reallaşdırmaqla yanaşı, Qərbi Azərbaycan əsilli soydaşların öz doğma və tarixi ərazilərinə ləyaqətli qayıdışını təmin etmək kimi vacib vəzifələr dayanır:

"Fürsətdən istifadə edərək Qərbi Azərbaycan icmasının üzvlərini, bu gün onun Qadınlar Şurasının da yaxından iştirak etdiyi regionda və beynəlxalq aləmdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində reallaşdırdıqları çoxşaxəli və uğurlu fəaliyyətlərinə görə təbrik edir və məqsədyönlü işlərində onlara uğurlar arzu edirəm".

Komitə sədri vurğulayıb ki, hamılıqla bu hədəflərə yetişmək kimi vacib prosesin bir parçasıyıq:

"Oralara qayıtmaq məsələsinə xidmət etmək bütün parametrləri üzrə xalqımızın və Azərbaycan qadınlarının əsas vəzifələrindən biridir. Bunu bu gün bu salonda əyləşən təntənəli bayram mərasiminin iştirakçıları olaraq bütün Azərbaycan qadınları adından bir daha bəyan edirik". (Report)

Oxşar xəbərlər