28.06.2025, 11:20
AZ EN
17.01.2025, 09:44 288

ABŞ sərhədçiləri Ermənistana ona görə gəlir ki...

XƏBƏRLƏR
  • ABŞ özünün Gömrük və Sərhəd Mühafizəsi Xidmətindən ibarət hərbi komandasını Ermənistan sərhədində yerləşdirməklə Rusiya ilə Ermənistan arasında düşmənçilik yaratmaq istəyir.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Qagik Minasyan yanvarın 14-də Vaşinqtonda ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında xartiyanı şərh edərkən deyib. O, bildirib ki, ABŞ sərhədçiləri Ermənistana gəlişi ilə Cənubi Qafqazda gedən proseslər və Gürcüstanda Qərbin devrilməsi arasında bağlılıq var: "İndi Qərbin Cənubi Qafqazda Gürcüstan əvəzinə yeni antirusiya zonası yaradılır və bu, Ermənistandır. Çünki Qərb Gürcüstandakı uğursuzluqdan sonra da Cənibi Qafqazla bağlı planlarından əl çəkməyib. Buna görə də Qərbin maraqlarını qoruyan ABŞ Rusiya ilə Ermənistan arasında münaqişə yaratmaq üçün Kollektiv Təhlükəsizlik Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan Ermənistana sərhədçiləri və gömrük işçilərini göndərməlidir. Amerikalılar Aİİ və KTMT üzvü olan Ermənistanın sərhədində hansı problemi həll etməyə gəlirlər? Hökumətin addımı ona gətirib çıxaracaq ki, Ermənistan təkcə KTMT-dən deyil, həm də Aİİ-dən çıxmalı olacaq, çünki Rusiya və Amerika strukturlarında birgə işləmək mümkün deyil”.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki gün əvvəl Vaşinqtona səfəri zamanı ABŞ dövlət katibi Antoni Blinkenlə müdafiə sahəsində də daxil olmaqla strateji tərəfdaşlıq xartiyası imzalayıblar. Vaşinqtondakı görüş zamanı tərəflər arasında nüvə sahəsində əməkdaşlığa dair danışıqlar aparılacağı da söylənilib. ABŞ Dövlət katibi Blinken sərhəd mühafizə qrupunun gələn həftə Ermənistana yola düşəcəyini elan edib.

Elxan SALAHOV

Oxşar xəbərlər