Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri-sözçüsü Ülviyyə Zülfiqarın müəllifi olduğu məqalədə ötən əsr ərzində baş vermiş sonuncu - 1987-1991-ci illər deportasiyasında 300 min azərbaycanlının öz evlərindən zorla çıxarıldığı bildirilir.
Qeyd olunur ki, Qərbi azərbaycanlıların bir araya gəldiyi İcma özünün Qayıdış Konsepsiyasını qəbul edib və bu gün onlar öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq uğrunda hüquqi mübarizəni davam etdirirlər.
Məqalədə İcmanın qarşı tərəfə dialoq çağırışı etməsinə, soydaşlarımızın hüquqlarının bərpasının regionda daha dayanıqlı və uzunmüddətli barışığa nail olunmasında roluna toxunulub. (AZƏRTAC)