"Vətən səsi" xəbər verir ki, bunu fikirləri erməni politoloq Qagik Minasyan son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı Türkiyədən Ermənistana ünvanlanan bəyanatların artmasına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, ABŞ və Qərb ölkələri də Çindən Avropaya qədər uzanan Orta Dəhliz layihəsində Azərbaycandan keçən nəqliyyat və kommunikasiya xətlərinə üstünlük verir: “Bu kontekstdə qeyd etmək lazımdır ki, Çindən Avropaya quru əlaqələrinin həyata keçirilməsi üzrə Şərq-Qərb layihəsi üç variantdan ibarətdir: Xəzər dənizinin şimalından, İrandan və Xəzər dənizini keçməklə Azərbaycandan (Orta Dəhliz). Orta Dəhlizlə əlaqənin qurulmasının mənfi cəhəti odur ki, yükləri dəmir yolundan Xəzər dənizində gəmilərə daşımaq və sonra gəmilərdən dəmir yoluna köçürmək lazım gəlir. Buna baxmayaraq, Avropa ölkələri Şərq-Qərb proqramının Rusiyadan və ya İrandan həyata keçirilməsini istəmir, onlar Azərbaycan marşrutunu üstün tuturlar”.
Minasyan sözügedən kommunikasiya xətlərinin Azərbaycan ərazisindən və məhz Zəngəzurdan keçməsinin bir üstünlüyünü də vurğulayıb. O, qeyd edib ki, Orta Dəniz layihəsi məhz dəmir yolu ilə yükdaşımaların asanlaşdırılmasını nəzərdə tutur və burada marşrut xəttinin uzunluğu çox əhəmiyyətlidir: "Söhbət yüklərin Avropaya mümkün qədər tez çatdırımasından və yeni çəkiləcək yolun tikintisinə xərclənəcək vəsaitlərdən gedir. Bunu nəzərə alsaq kommunikasiya xəttinin Zəngəzurdan keçməsi daha sərfəlidir".
Xatırladaq ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolu İrandan keçəcəyi halda xəttin bu hissədəki uzunluğu 61, Zəngəzurdan isə cəmi 43 kilometr olacaq.
Elxan SALAHOV