Bunu Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva açıqlayıb.
“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaqlar. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurduna xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.
O əlavə edib ki, “Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatiyası, böyük sərkərdəliyi sayəsində bu uğura nail olmuşuq”. (Report)