27.06.2025, 11:23
AZ EN
20.04.2024, 15:48 295

Almaniya XİN: Azərbaycan və Ermənistan arasında sülhə gedən yolu dəstəkləməyə hazırıq

XƏBƏRLƏR
  • Almaniya Azərbaycan və Ermənistan arasında davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşımda bildirilib:

"Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh sazişinə gedən yolda böyük maneəni aradan qaldırır. Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır", - deyə paylaşımda qeyd olunub. (APA)

Oxşar xəbərlər