“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik etməyi və ən xoş arzularımızı çatdırmağı özümüzə böyük şərəf hesab edirik.
Zati-alinizin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək istiqamətində reallaşdırdığınız humanist və sülhsevər siyasət nəticəsində doğma Azərbaycanımızın durmadan inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam bərpa olunması bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda azərbaycançılıq naminə yeni-yeni nailiyyətlər qazanmağa səfərbər edir.
Müstəqil Azərbaycanımızın dövlət quruculuğu sahəsindəki səylərinizi və siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndiririk.
Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə, doğma xalqımıza möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".
xxx
Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizə cansağlığı, firavanlıq, Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla gerçəkləşməsini, bütün Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni və böyük nailiyyətlər arzulayıram".
xxx
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Peşəkar siyasi xadim və Vətəninə sadiq insan kimi Siz öz həmvətənləriniz arasında və ölkənizdən xaricdə yüksək nüfuza maliksiniz.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə təqdirəlayiq uğurlara nail olub və gələcəyə əminliklə baxır.
Ölkənizə tərəqqi, şəxsən Sizə isə möhkəm cansağlığı və ailə səadəti arzu edirəm".