26.09.2025, 02:58
AZ EN
24.09.2025, 12:21 262

Ermənistanda konstitusiya islahatı müzakirə olunur

XƏBƏRLƏR
  • Ermənistanda bu gün Konstitusiya İslahatları Şurasının iclası keçirilir.

Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Ermənistan Ədliyyə Nazirliyi iclasın təfərrüatlarını açıqlamır.

Qeyd edək ki, Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyası ölkənin yeni konstitusiyasının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Gözlənilir ki, partiya 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində xalqın səsini qazandıqdan sonra ümumxalq referendumu yolu ilə yeni konstitusiyanın qəbul edilməsi prosesini başladacaq. (Report)

Oxşar xəbərlər