17.06.2025, 06:57
AZ EN
10.06.2025, 17:53 126

Sərkisyan "Lavrov planı"nı inkar etdi

XƏBƏRLƏR
  • Ermənistanın sabiq prezidenti Serj Sərkisyan onun hakimiyyəti dövründə işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılmasını nəzərdə tutan "Lavrov planı" adlı sənəd üzərində danışıqlar aparıldığını inkar edib. 

"Vətən səsi" xəbər verir ki, bu barədə o, Baş nazir Nikol Paşinyanın bəyanatını şərh edərkən danışıb. Sərkisyan artıq həll edilmiş Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri gizlədərək "Lavrov planı" adlı sənədin ümumiyyətlə, olmadığını söyləyib.

Ermənistanın keçmiş prezidenti Rusiya xarici işlər naziri Lavrovun tərəflərə təqdim etdiyyi "həll varinatı" haqqında bunları deyib: “Lavrovun belə planı yox idi, bu, jurnalistlər və keçmiş müxalifətin uydurduğu termindir. Belə bir plan olmayıb. Həmsədrlər Rusiya, Fransa və ya ABŞ həmişə üçtərəfli razılaşdırılmış sənəd təqdim edib”.

Serj Sərkisyan iddia edib ki, o da hakimiyyətdə olduğu dövrdə Qarabağ məsələsinin həll etmək istəyib və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışıb. Lakin Azərbaycan tərəfi inadından geri çəkilməyərək  torpaqların işğalda qalması ilə bağlı heç vaxt razılaşmayacağını hər fürsətdə bəyan edib.  

Xatırladaq ki, Nikol Paşinyan 2019-cu ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən münaqişənin çözülməsi ilə bağlı təqdim olunan plandan danışarkən Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Moskvanın təklif etdiyi "həll varinatı" ilə razılaşdığını və işğal altındakı torpaqların bir böyük bir hissəsinin geri qaytarmağa hazır oldğunu dəfələrlə söyləyib. Onun sözlərinə görə, Lavrovun mərhələli həll planı belə idi:  birinci mərhələdə 5 rayon Azərbaycana qaytarılmalı, digər məsələlərin, o cümlədən “Qarabağın statusu”nun həlli isə qeyri-müəyyən müddət üçün gələcəyə saxlanılmalı idi. Lakin Azərbaycan Ordusunun 2020-2023-cü illərdə keçirdiyi hərbi əməliyyatlarla tam həll olunub, Ermənistanın 1990-cı illərdə işğal etdiyi ərazilərimiz üzərində suverenliyimiz tam bərpa edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR