27.06.2025, 06:37
AZ EN
06.03.2025, 17:47 167

Xüsusi nümayəndə istefa verib

XƏBƏRLƏR
  • Hayastanın Beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan bəyanat yayaraq könüllü istefa verdiyini açıqlayıb.

Deyib ki, 2018-ci ilin oktyabrında baş nazirin müşaviri təyin ediləndən indiyədək hansı vəzifədə olubsa, o cümlədən  İnsan haqqları üzrə Avropa məhkəməsində nümayəndə kimi vicdanlı işləyib və ölkəsinin maraqlarını müdafiə edib. Amma son dövrdəki anlaşılmazlıqlar, ünvanına söylənilən əsassız ittihamlar onun fəaliyyətinə maneə olduğuna görə istefa verməyi qərara alıb.

Bu xəbəri paylaşan "Hraparak" növbəti nümayəndənin kim olacağını araşdırıb oxucularla bölüşəcəyini də xatırladıb.

Nəsib

Oxşar xəbərlər