- "Hraparak"ın müxbiri Syuzan Simonyan bu qənaətə gəlib. O, bu gün paylaşılmış "Antikorrupsiya komitəsi MN-nin kapital tikinti idarəsinin işini istintaq edir...." başlıqlı məqaləsində yazıb ki, sözügedən nazirliyin kapital tikinti və hərbçilərin məskunlaşdırılması baş idarəsində yoxlama aparılıb və çoxlu korrupsiya faktları aşkarlanıb. Qeyri-rəsmi məlumata görə 7 nəfər, o cümlədən baş idarənin rəisi vəzifəsini icra edən Vahaqn Stepanyan həbs edilib. Məsələ ilə bağlı araşdırma aparan müxbirə isə bildirilib ki, guya o, öz ərizəsi ilə başqa işə dəyişdirilib.
Əlavə olunub ki, əvvəllərdə müdafiə nazirliyində korrupsiyaya şərait yaradılıb, amma Suren Papikyan nazir olandan sonra bu qanunsuzluq daha da şaxələnib. Edilən şikayətlər isə nəticəsiz qalmaqdadır.
Müəllif sonda bildirib ki, orduda islahat aparılması adı altında müəyyən işlər görülsə də ümumi vəziyyət dəyişməz olaraq qalmaqdadır ki, bu da ordunun psixi durumuna və döyüş qabiliyyətinə mənfi təsir göstərməkdədir.
N.Qaramanlı