"Hovik Ağazaryan partiya yaradır" başlıqlı yazıda göstərilib ki, "Hraparak"a məxfi hökumət xəbərləri ötürdüyünə görə o, hakim partiyadan xaric edilib, amma deputat mandatı əlindən alınmayıb və o, bir neçə tərəfdarı ilə "Birləşmiş milli sosialist partiyası" adlanacaq siyasi qurumun təşəbbüs qrupuna rəhbərlik edir.
Sonda əlavə olunub ki, sözügedən partiyanın təsis qurultayı Yeni il bayramından sonra – yanvarın 3-də keçiriləcəkdir.
Belə getsə, haylar adambaşına bir "partiya" yaradacaq.
Nəsib