Bu barədə xəbər paylaşan "Hraparak" əlavə edib ki, iclasın gündəliyində 51-i məruzəsiz olmaqla 54 məsələ olub. Həmin məsələdən 3-ü isə məxfi məsələ olduğuna görə mətbuata açıqlama verilməyib. Qeyd olunub ki, gündəlikdəki məsələlər sırasında "Müvəqqəti işsizlik və analıq imtiyazları" qanununda dəyişikliklər, "Dövlət imtiyazları haqqında" qanuna əlavələr lahiyəsi, "Dövlət nəzarəti xidməti haqqında" qanunda dəyişiklik barədə fikir mübadiləsi aparılıb.
N.Qaramanlı