08.08.2025, 21:25
AZ EN
17.12.2024, 10:49 252

Ermənistan müdafiə nazirliyi turizmlə məşğul olur

XƏBƏRLƏR
  • Areq Markaryanın bu gün "Hraparak"da paylaşdığı "Kim turist səfərlərinə çıxmaq istəyirsə, müdafiə nazirliyinə işə girsin"- cümləsi ilə başlayan sözügedən yazıda göstərilir ki, müdafiə naziri və yüksək çinli hərbçilər hökumətin ayırdığı pulları ordunun silahlanması, peşəkar döyüşçülərin hazırlanmasına və s. vacib məsələlərə deyil başqa səmtə yönəldirlər.

Müdafiə nazirinin çoxsaylı hərbi məmurlarla tez-tez müxtəlif ölkələrə turist səfəri etdiyini vurğulayan müəllif belə qənaətə gəlib ki, səfərlər zamanı görülən işlər barədə soruşulanda "hərbi sirrdir" ifadəsini işlədən nazir hərbi sahəni deyil, turizmi yaxşı bilir.

Müəllif sonda təklif edib ki, müdafiə nazirliyinin tərkibinin peşəkarlardan təşkil olunması üçün öncə nazir özü dəyişməlidir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər