27.06.2025, 21:36
AZ EN
11.12.2024, 10:00 314

Fransa gələn il də Ermənistanı silahlandıracaq

XƏBƏRLƏR
  • Qarabağdakı biabırçı məğlubiyyətdən sonra Ermənistanın kütləvi şəkildə silahlandırmaqla Azərbaycanla yeni eskalyasiya yaratmaq istəyən Fransa bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. ATƏT-in Minsk Qrupunun üzvü kimi öz çirkin niyyətlərinə nail ola bilməyən Makron hakimiyyəti Ermənistan ordusunu yeni növ silahlarla təchiz etmək niyyətinə hüquqi don da geyindirib.

“Vətən səsi” xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, İrəvan və Paris arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilir ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı 2024-cü ildə görülən işlərin yekunları və növbəti il üçün planlar müzakirə edilib və 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Məsləhətləşmələr zamanı tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər