Bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, S.Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib, öz növbəsində Ostin ABŞ-nin bu səyləri dəstəklədiyini bildirib.
“Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Lloyd Ostin iki ölkə arasında əməkdaşlığın genişlənməyə davam etdiyini vurğulayıb”, - məlumatda qeyd olunub.
L.Ostin ABŞ-nin Ermənistan Silahlı Qüvvələrinin islahatlarına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib. Nazirlikdən əlavə ediblər ki, beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. (Report)