Bu iranşünas Vartan Voskanyanın İranın yeni təyin olunmuş xarici işlər nazirinin Güney Qafqazla bağlı açıqlamasına verdiyi şərhdə də özünü təsdiqləyir. Onun sözlərindən belə çıxır ki, bölgədə sülhün təminatçısı Rusiya deyil, Türkiyəsiz NATO və İran ola bilər. İranla təkcə coğrafi baxımdan deyil, həm də mədəni, siyasi, iqtisadi baxımdan yaxın olan Ermənistanın İranla bundan sonra da münasibətləri inkişaf etdirmək siyasətinə guya sadiqlik nümayiş etdirdiyini vurğulayan bu hayın üçüncü dünya müharibəsi olacağı təqdirdə "arsaxın" hayların əlinə keçəcəyi xülyasında olması isə, əlbəttə, sülh müqaviləsinin imzalanmasının uzadılmasına hesablanmış biclikdən irəli gəlir. Görünən isə odur ki, haylar yenə də başqasına bel bağlamaqla başlarına dəmir yumruq vurulmasına hazırlaşırlar.
Nəsib Qaramanlı